La Liqada yeni rekord
24.10.2022 - 09:33
La Liqada yeni rekord

“Barselona”nın qapıçısı Mark-Andre Ter-Şteqen yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, almaniyalı qolkioer La Liqanın XI turunun “Atletik”lə qarşılaşmada qapısını toxunulmaz saxlayıb.

Bu, onun cari mövsümdə 9-cu quru oyunu olub. Mark-Andre La Liqa tarixində mövsümün ilk 11 görüşündə 9 dəfə qapısını toxunulmaz saxlayan ilk qapıçı olub. Almaniyalı yalnız “Real Sosyedad” və “Real”dan qol buraxıb.

Qeyd edək ki, “Barselona” “Atletik”i 4:0 hesabı ilə məğlub edib.
 

writer photo
Əlirza Əlirzalı
0