La Liqadan UEFA-ya şikayət
31.05.2022 - 14:47
La Liqadan UEFA-ya şikayət

İspaniya La Liqasının prezidenti Xavyer Tebas PSJ-nin hücumçu Kilian Mbappenin komandada qalmasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, futbol funksioneri bunun qanunsuz olduğunu düşünür.

O, məsələ ilə bağlı rəsmi şikayət ünvanlayacaqlarını söyləyib: “Bu gün və ya sabah La Liqa Mbappe ilə bağlı UEFA-ya şikayət edəcək. Biz PSJ-nin Avropa futbolunun ekosistemini məhv etməsinə imkan verməyəcəyik. Bu, düzgün duruş deyil”.

Qeyd edək ki, PSJ ilə yeni 3 illik müqavilə imzalayan Kilian Mbappenin illik məvacibi 93 milyon avro olacaq. 

writer photo
Əlirza Əlirzalı
0