La Liqanın ikinci bombardiri ciddi zədə alıb
05.03.2024 - 17:38
La Liqanın ikinci bombardiri ciddi zədə alıb

"Xetafe"nin hücumçusu Borxa Mayoral sıradan çıxıb.

Apasport.az xəbər verir ki, futbolçu sol dizindən zədələnib. 

26 yaşlı ispaniyalı bu həftə əməliyyat olunacaq.

Xatırladaq ki, Borxa cari İspaniya çempionatında 15 qolla bombardirlər reytinqində yalnız Cud Bellinqemdən (16) geri qalaraq ikinci yerdədir.

writer photo
Əlirza Əlirzalı
0