Lamin Yamal tarixə düşdü
05.10.2023 - 13:52
Lamin Yamal tarixə düşdü

"Barselona"nın vingeri Lamin Yamal klubun tarixinə düşüb.

Apasport.az xəbər verir ki, cinah oyunçusu 16 yaş 83 günündə Çempionlar Liqasının “Porto” ilə səfər matçında komandanın start heyətində meydana çıxıb.

Bununla da Yamal Kataloniya klubunun qitənin bir nömrəli klub tarixində iştirak edən ən gənc futbolçusu olub. O, Selestin Babayaronun 1994-cü ildə müəyyən etdiyi rekordu 3 günlə (16 il 86 gün) qabaqlayıb.

Qeyd edək ki, qarşılaşma İspaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0