Laporta Kanselo və Feliksin gələcəyi haqda danışıb
05.06.2024 - 20:26
Laporta Kanselo və Feliksin gələcəyi haqda danışıb

"Barselona"nın prezidenti Joan Laporta bildirib ki, Kataloniya klubu müdafiəçi Joao Kanselo və yarımmüdafiəçi Joao Feliksi komandada saxlamaqda maraqlıdır.

Apasport.az xəbər verir ki, bu barədə o, klubu mətbuat xidmətinə açıqlama verib:

“Onların daha bir mövsüm qalmalarını istəyirik. Deko bunun üzərində işləyir və bizdə xəbər var ki, Flik onların komanda üçün vacib ola biləcəyini düşünür. O, artıq “Bayern”də onları düşünürdü. Mən Joao Feliksin keyfiyyətindən, eləcə də Ferran Torresin zədə almadığı zamankı heyrətamiz öhdəliyindən və Robert Levandovskidən məmnunam”.

writer photo
Əlirza Əlirzalı
0