“Barselona”nın prezidenti Joan Laporta yenidən sabiq kapitanları Lionel Messi barədə sualı cavablandırıb.
Apasport.az saytının məlumatına görə, hər açıqlamasında argentinalını qaytaracağını bildirən klub rəhbəri bu dəfə ehtiyatlı danışıb.
Laporta 35 yaşlı hücumçunu klub tarixinin ən yaxşısı adlandırıb: “Barselona” hər zaman Messinin evi olacaq. Bunu özü də bilir. Amma indi onun barəsində danışmayaq. Çünki başqa komandada çıxış edir. Messinin gələcəyi barədə danışmağımın heç kimə faydası dəyməz. Klubu ilə müqaviləsi davam edir. Gələcəkdə nələr yaşanacağını birlikdə görəcəyik. Bircə onu deyə bilərəm ki, Messi “Barselona” tarixinin ən yaxşısıdır”.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi ötən il PSJ-yə keçib.