Lautaro Martines qərarını verdi
29.06.2022 - 23:24
“İnter”in hücumçusu Lautaro Martines komandasını dəyişməyəcək.
Apasport.az saytının məlumatına görə, bunu argentinalı forvardın meneceri Alexandro Kamanyo deyib.
O bildirib ki, “Çelsi”dən icarəyə götürülən Romelu Lukakunun gəlişi də onun qərarına təsir etməyəcək. Menecer, bu keçidin əksinə, Martinesin ürəyincə olduğunu bildirib: “Lautaro ilə Romelu dostdurlar. Lautaro Milanda xoşbəxtdir, orada onu sevirlər və komandanın lideri hesab edirlər. Niyə getməlidir? O, artıq zirvədədir”.
Qeyd edək ki, Lautaro Martinesin “İnter”lə müqavilə müddəti 2026-cı ilə qədərdir.
0
0