İtaliyada legioner limiti ilə bağlı dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İtaliya Futbol Federasiyası verib.
Böyük Britaniya və İsveçrə vətəndaşları bundan sonra legioner sayılmayacaq. İngiltərə, Uels, Şotlandiya, Şimali İrlandiya və İsveçrədən olan futbolçular Avropa İttifaqının vətəndaşları ilə eyni statusa malik olacaq. Bu qayda 2023/24 mövsümündən qüvvəyə minəcək.
Qeyd edək ki, hazırda heyətində Avropa İttifaqı pasportu daşımayan 2-dən artıq futbolçusu olan klublar növbəti mövsümün gedişində maksimum daha 2 belə oyunçunu transfer edə bilər. Bu iki yeni futbolçudan biri son 12 ay ərzində millidə ən azı 2 oyun keçirməli və ya 5 matçın protokoluna daxil edilməlidir. İkinci yeni legioner isə digərinin əvəzinə sifariş oluna bilər.