"Lester"lə İngiltərə çempionu olmuş futbolçu karyerasını bitirdi
05.01.2023 - 20:25
"Lester"lə İngiltərə çempionu olmuş futbolçu karyerasını bitirdi

Avstriya millisinin və "Lester Siti"nin sabiq müdafiəçisi Kristian Fuks karyerasını başa vurub.

Apasport.az xəbər verir ki, bu barədə 36 yaşlı futbolçunun 2021-ci ildən formasını geyindiyi ABŞ-ın “Şarlott” klubunun mətbuat xidməti məlumat yayıb.

Kristian Fuks “Lester Siti” ilə İngiltərə çempionu və İngiltərə Kubokunun qalibi, “Şalke” ilə isə Almaniya Superkubokunun qalibi olub. O, Avstriya millisində 78 oyun keçirib.

writer photo
Əlirza Əlirzalı
0