“Leypsiq”in yetirməsi "Qalatasaray"da
13.03.2024 - 12:12
Artıq növbəti mövsüm heyətini planlaşdıran "Qalatasaray" rəhbərliyi Eyyüp Aydın və Gökdəniz Gürpüz kimi gənc legionerləri izləməyə davam edir.
Apasport.az xəbər verir ki, Super Liqa təmsilçisi bu çərçivədə “Leypsiq”in yetirməsi olan 2006-cı il təvəllüdlü sağ cinah müdafiəçisi Vinsent Bayındırla müqavilə imzalayıb. Transfer fevral ayında baş tutub.
Qeyd edək ki, 18 yaşlı Vinsent Bayındır növbəti sezon əsas komandanın düşərgəsində yer alacaq.
0
0