"Lion" Qattuzoya əmanət
12.09.2023 - 15:52
"Lion" Qattuzoya əmanət

İtaliyalı məşqçi Cennaro Qattuzo karyerasını Fransada davam etdirəcək.

Apasport.az saytı xəbər verir ki, 45 yaşlı mütəxəssis Liqa 1 təmsilçisi "Lion"la müqavilə imzalayıb.

Klub prezidenti Con Teksterlə görüşdə tərəflər komandanın inkişafı layihəsini və şəxsi razılaşmanın şərtlərini müzakirə edərək, danışıqları müsbət yekunlaşdırıblar. Təyinat yaxın saatlarda rəsmən açıqlanacaq.

Qeyd edək ki, Qattuzo bu postda Loran Blanı əvəzləyib.

writer photo
Əlirza Əlirzalı
0