Liqa 1 klubu əl dəyişdirir
22.01.2024 - 09:15
Liqa 1 klubu əl dəyişdirir

“Monako” satışa çıxarılıb.

Apasport.az xəbər verir ki, klubun sahibi Dmitri Rıbolovlev sahibi olduğu Liqa 1 təmsilçisini satmağa hazırlaşır.

57 yaşlı rusiyalı iş adamı məsləhət üçün “Raine Group” şirkətinə müraciət edib. Bu şirkət əvvəllər “Mançester Yunayted”in hüquqlarının bir hissəsinin Cim Ratkliffə satılması ilə məşğul olub.

Milyarderin klubdakı payı ilə bağlı strateji variantları araşdırmaq qərarına gəldiyi, potensial alıcılarla danışıqlara hazır olduğu bildirilir.

Qeyd edək ki, iş adamı 2011-ci ilin dekabrından klubun nəzarət paketinə sahibdir.

writer photo
Əlirza Əlirzalı
0