“Liverpul” “Lester”in futbolçusuna elçi düşdü
13.12.2022 - 13:28
“Liverpul” “Lester”in futbolçusuna elçi düşdü

“Liverpul” qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun heyətində görmək istədiyi daha bir orta xətt oyunçusu bəlli olub.

Premyer Liqa təmsilçisi Ceyms Meddisonun xidmətində maraqlıdır. “Lester”in yarımmüdafiəçisinin müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. “Tülkülər” ona görə 60 milyon avro tələb edir. Bu, “Liverpul”u qane edən məbləğdir.

Qeyd edək ki, Meddison digər Premyer Liqa klublarının da maraq dairəsindədir.
 

writer photo
Əlirza Əlirzalı
0