“Liverpul” müdafiəçi alır
25.12.2023 - 23:16
"Liverpul" müdafiə xəttini gücləndirmək arzusundadır.
Apasport.az xəbər verir ki, "Sportinq"in müdafiəçisi Qonsalo İnasio “qırmızlar”ın hədəfindədir.
Premyer Liqa klubu Portuqaliya millisinin də şərəfini qoruyan 22 yaşlı arxa xətt oyunçusunu heyətə cəlb etməyin imkanlarını araşdırır. Futbolçunun müqaviləsində 60 milyon avroluq sərbəst qalma maddəsi nəzərdə tutulub. "Liverpul" belə bir məbləği ödəməyə tələsmir.
Qeyd edək ki, 2012-ci ildən “Sportinq”in heyətində çıxış edən İnasio bu mövsüm 23 oyunda 3 dəfə fərqlənib.
- I Liqa klubuna danışılmış oyunlarla bağlı seminar keçirilib
- “Volfsburq” heyətini yeni futbolçu ilə gücləndirib
- “Qarabağ”ın ötən mövsüm avrokuboklardan əldə etdiyi gəlir açıqlandı
- “Qarabağ” - “Sürix” oyununun biletləri satışa çıxarılır - QİYMƏTLƏR
- Apasport”dan üç “ÖDƏNİŞLİ” UDUŞ: Ardıcıl 4-cü HET-TRİK
0
0