“Liverpul” üçün seçim
05.09.2022 - 15:32
“Liverpul” üçün seçim

“Liverpul” “Yuventus”dan icarəyə götürdüyü Artur Melonun transfer hüququna yiyələnə bilər.

Apasport.az saytının məlumatına görə, bu barədə bənd icarə müqaviləsində yer alıb.

İngiltərə təmsilçisi braziliyalını almaq hüququnu da razılaşdırıb. Premyer Liqa təmsilçisi bunun üçün 37,5 milyon avro ödəməli olacaq. Ödəniş isə iki ildən sonra da gerçəkləşə bilər.

Qeyd edək ki, Arturun transfer olunması öhdəlik kimi deyil və “Liverpul” icarə müddətindən sonra oyunçudan imtina da edə bilər.
 

writer photo
Əlirza Əlirzalı
0