“Liverpul”dan Alkantara qərarı
04.11.2023 - 11:57
“Liverpul”dan Alkantara qərarı

Mövsümün sonunda “Liverpul”u tərk edəcək futbolçulardan biri bəlli olub.

Apasport.az xəbər verir ki, Tyaqo Alkantara İngiltərə klubundan ayrılacaq.

32 yaşlı yarımmüdafiəçi ilə Premyer Liqa təmsilçisi arasında yayda başa çatacaq müqavilə uzadılmayacaq. Futbolçunun tez-tez zədələnməsi “Liverpul” rəhbərliyinin belə qərar verməsinə səbəb olub. Alkantaranın azad agent kimi “Barselona”ya gedəcəyi gözlənilir.

Qeyd edək ki, Tyaqo 2020-ci ilin sentyabrından “Liverpul”da çıxış edir. 

writer photo
Əlirza Əlirzalı
0