"Liverpul"un baş məşqçiləri Almaniyanın "Adidas" şirkəti ilə əməkdaşlığa razılaşıblar.
Apasport.az "Football Insider" nəşrinə istinadla xəbər verir ki, bu,klub tarixində ən böyük müqavilə olacaq.
Tərəflər 5 illik sövdələşmə imzalayacaqlar. "Qırmızılar" hər il təxminən 60 milyon funt-sterlinq (72 milyon avro) qazanacaqlar.
Klub gələn ilin yayında "Nike"la müqaviləsi başa çatdıqdan sonra "Adidas"la işləməyə başlayacaq.
"Liverpul" İngiltərə Premyer Liqasında yeni mövsümə uğurlu başlayıb. 8 turdan sonra Arne Slotun komandası 21 xal toplayıb və ölkə çempionatının turnir cədvəlində birinci yerdədir.