"Liverpul"un futbolçusu Acunun klubunda
10.01.2024 - 16:23
"Liverpul"un futbolçusu Acunun klubunda

"Liverpul" yarımmüdafiəçisini icarəyə verib.

Apasport.az xəbər verir ki, Mersisayd klubu Fabio Karvalyonun "Hall Siti"yə keçdiyini açıqlayıb.

Portuqaliyalı futbolçu mövsümün qalan hissəsini Çempionşip təmsilçisində keçirəcək. 21 yaşlı futbolçu mövsümün ilk yarısında icarə əsasında "Leypsiq"in şərəfini qoruyub. O alman klubunda 15 matçda meydana çıxıb.

Qeyd edək ki, “Hall Siti” türkiyəli televiziya aparıcısı və iş adamı Acun Ilıcalıya aiddir.

writer photo
Əlirza Əlirzalı
0