"Liverpul"un kapitanı: "Özünəinamla bağlı problemlər var"
15.01.2023 - 16:57
"Liverpul"un kapitanı: "Özünəinamla bağlı problemlər var"

“Bu, komanda olaraq bizim üçün aşağı nöqtədir. Soyunub-geyinmə otağında bir qrup yaxşı oğlan var. Bu çətin dövrü birlikdə keçə bilərik. Bilirik ki, daha yaxşı olmalıyıq".

Apasport.az xəbər verir ki, bunu "Liverpul"un kapitanı Cordan Henderson deyib.

O, cari mövsümdəki uğursuz çıxışlar və "Brayton"a məğlubiyyət (0:3) fonunda klubun futbolçularının psixoloji durumundan danışıb: "Futbolçular özlərini çox yaxşı hiss etmirlər. İndi özünəinamla bağlı problemlər var. Bu da meydanda nəzərə çarpır. Amma mən karyeramda buna oxşar durumla qarşılaşmışam. İrəliləməyə davam etmək lazımdır".

writer photo
Əlirza Əlirzalı
0