London klubundan 50 milyonluq transfer
30.08.2022 - 12:31
London klubundan 50 milyonluq transfer

“Atalanta”nın müdafiəçisi Kristian Romero birdəfəlik İngiltərəyə köçüb.

Apasport.az saytının məlumatına görə, “Tottenhem” Argentina millisinin üzvünü transfer edib.

London klubu ötən mövsüm icarə əsasında komandanın formasını geyinən 24 yaşlı mərkəz müdafiəçisini “Atalanta”dan alıb. Bu keçid İtaliya təmsilçisinə 50 milyon avro qazandırıb. Futbolçu özü ingilislərlə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Kristian Romero ötən mövsüm “Tottenhem”in heyətində 30 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0