Lorisə İtaliyadan təklif
11.08.2023 - 16:42
Lorisə İtaliyadan təklif

“Tottenhem”in qapıçısı Uqo Loris İtaliyadan təklif alıb.

Apasport.az saytının məlumatına görə, fransalı qolkiperin xidmətində “Latsio” maraqlıdır.

Romalılar transferlə bağlı danışıqlara start verib. Uqo da “Latsio”ya keçidə razılaşıb. Klubun Çempionlar Liqasında iştirakı da futbolçunun fikrinə təsir edir.

Qeyd edək ki, Lorisin “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. O, 2012-ci ildə “Lion”dan transfer olunub.
 

writer photo
Əlirza Əlirzalı
0