Luis Enrikenin taleyinə aydınlıq gəlib
17.10.2024 - 22:31
Luis Enrikenin taleyinə aydınlıq gəlib

PSJ-nin baş məşqçisi Luis Enrikenin taleyinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, klub onunla yeni müqavilə imzalayıb. 

Fransa təmsilçisi 54 yaşlı ispaniyalı ilə sözləşməni 2027-ci ilin iyun ayına qədər uzadıb. Məlumatın yaxın günlərdə klub tərəfindən rəsmi açıqlanacağı gözlənilir.

Qeyd edək ki, mütəxəssis 2023-cü ilin yayından PSJ-ni çalışdırır.

writer photo
Əlirza Əlirzalı
0