Lukaku Halanddan öndə
01.12.2023 - 16:16
Lukaku Halanddan öndə

2023-cü ildə keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısı müəyyənləşib.

Apasport.az xəbər verir ki, cədvəli İFFHS açıqlayıb.

Belçika millisinin və “Roma”nın futbolçusu Romelu Luaku 1-ci pilləyə yüksəlib. Azərbaycan yığmasına 4 qol vuran forvard hesabını 21 topa çatdırıb. O, millisə 15, avrokuboklarda 6 dəfə fərqlənib.

Erlinq Haland 18 qolla ikincidir. Norveçli hücumçu 3-cü sıradakı 6 oyunçudan 5 top qabaqdadır.

Kilian Mbappe, Mehdi Taremi, Harri Keyn, Kriştiano Ronaldo, Jermen Kano və Zeki Amduni hərəyə 13 qola sevinib.

Qeyd edek ki, siyahıya ən azı 8 qol vuran 37 futbolçu daxil edilib.

writer photo
Əlirza Əlirzalı
0