Lukaku “Yuventus” yolunda
16.07.2023 - 17:02
Lukaku “Yuventus” yolunda

Belçikalı hücumçu Romelu Lukaku “Yuventus”a keçmək üzrədir.

Apasport.az saytı xəbər verir ki, təcrübəli hücumçunun transferi üzərində iş gedir. 

Son mövsümü icarə əsasında “İnter”də keçirən Lukakunun komandada qalması gündəmdə idi. Amma Çempionlar Liqası finalından sonra ciddi tənqidlərə tuş gələn forvard Milan klubuna keçməkdən imtina edib. “Çelsi” Romelunu bu dəfə icarə vermək deyil, satmaq niyyətindədir. London təmsilçisinin “Yuventus”un hücumçusu Duşan Vlahoviçlə maraqlanması tərəflərin ortaq məxrəcə gəlməsinə şərait yaradır. Lukakunun “Qoca Sinyora”da illik 8 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, transferin dəyəri 40 milyon avrodur.
 

writer photo
Əlirza Əlirzalı
0