Lukas yenidən “Sevilya”da
18.01.2023 - 14:36
Lukas yenidən “Sevilya”da

“Sevilya” futbolçusu Lukas Okamposu geri qaytarıb.

Apasport.az saytının məlumatına görə, ötən ilin sentyabrında “Ayaks”a icarəyə verilən yarımmüdafiəçi İspaniya klubunu dönüb.

Sevilyanın eyniadlı təmsilçisi Niderlandda əsas heyətə düşməkdə çətinlik çəkən futbolçusunun xidmətinə ehtiyac duyub. Okampos Amsterdam klubunda cəmi 6 oyunda iştirak edib.

Qeyd edək ki, Lukas icarəyə verilənədək “Sevilya”da üç dəfə meydana çıxıb.

writer photo
Əlirza Əlirzalı
0