Avropa Liqası pley-off mərhələsinin ilk oyunları keçirilib.
Apasport.az-ın məlumatına görə, “Ayaks” səfərdə böyükhesablı qələbə qazanıb.
“Ludoqorets”in qonağı olan Amsterdam təmsilçisi çətinlik cəkməyib. Birinci hissədə 3 dəfə fərqlənən “Ayaks”, demək olar ki, cütün taleyini həll edib.
Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su öz meydanında “Sparta”ya qalib gəlib. Yığmamızın üzvü 63-cü dəqiqədə meydana daxil olub və fərqlənə bilməyib. 3:1 hesablı qələbə zaqreblilərə qrupda oynamaq üçün yaxşı şans yaradıb.
Avropa Liqası
Pley-off, ilk oyunlar
24 avqust
“Olimpiya” (Sloveniya) - “Qarabağ” (Azərbaycan) – 0:2
“Haken” (İsveç) – “Aberdin” (Şotlandiya) – 2:2
“Slaviya” (Çexiya) – “Zorya” (Ukrayna) – 2:0
“Dinamo” (Xorvatiya) – “Sparta” (Çexiya) – 3:1
“Ludoqorets” (Bolqarıstan) – “Ayaks” (Hollandiya) – 1:4
“Royal Union” (Belçika) – “Luqano” (İsveçrə) – 2:0
“Slovan” (Slovakiya) – “Aris” (Kipr) – 2:1
“Klaksvik” (Farer adaları) – “Şerif” (Moldova) – 1:1
LASK (Avstriya) – “Jrinski” (Bosniya və Hersoqovina) – 2:1
“Olimpiakos” (Yunanıstan) – “Çukariçki” (Serbiya) – 3:1