Mançester nəhənglərinin ortaq hədəfi
07.10.2023 - 00:12
“Brayton”un futbolçusu Kaoru Mitoma Premyer Liqa nəhənglərinin maraq dairəsinə düşüb.
Apasport.az xəbər verir ki, “Mançester Yunayted” və “Mançester Siti” yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Hər iki klub 26 yaşlı yaponiyalı üçün təklif göndərəcək. Mançesterlilər transferi qışda reallaşdırmaq istəyir.
Qeyd edək ki, Mitoma cari mövsümün 10 matçında 3 qol vurub.
0
0