"Mançester Siti" azarkeşlərinə şad xəbər
30.01.2024 - 23:27
"Mançester Siti" azarkeşlərinə şad xəbər

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland zədəsini sağaldıb.

Apasport.az xəbər verir ki, bu haqda Premyer Liqa klubunun baş məşqçisi Pep Qvardiola məlumat verib.

İspaniyalı mütəxəssis forvardın zədəsini tam olaraq sağaltdığını, norveçli futbolçunun Premyer Liqanın "Bernli" ilə matçında oynamağa hazır olduğunu deyib: “Bəli Haalandla bağlı vəziyyət düzəlib. O, bu oyun üçün heyətdə yer alacaq. Erlinq klub üçün vacib oyunçudur. İndi özünü yaxşı hiss edir”.

Qeyd edək ki, 23 yaşlı futbolçu ayağından zədələndiyi üçün 2023-cü il dekabrın 6-dan bəri meydana çıxmayıb.

writer photo
Əlirza Əlirzalı
0