“Mançester Siti”də yeni müqavilə
11.07.2022 - 12:28
“Mançester Siti”də yeni müqavilə

Yarımmüdafiəçi Rodri “Mançester Siti”də oynamaqda davam edəcək.

Apasport.az saytının məlumatına görə, İspaniya millisinin üzvü “şəhərlilər”lə yeni müqavilə imzalayacaq.

Ulduz futolçu Premyer Liqa çempionu ilə sözləşməsini sabah 2027-ci ilə qədər uzadacaq. Onun hazırkı anlaşması 2024-cü ilin yayına qədər qüvvədədir. “Mançester Siti” ötən mövsüm göstərdiyi əla performansa görə 26 yaşlı oyunçunu yeni müqavilə ilə mükafatlandırmaq qərarına gəlib. Bununla həmçinin futbolçu ilə maraqlanan “Bavariya”nın danışığa başlamasının qarşısı alınacaq.

Qeyd edək ki, Rodri “Mançester Siti”yə 2019-cu ildə “Atletiko”dan keçib.

writer photo
Əlirza Əlirzalı
0