"Mançester Siti"dən portuqaliyalıları dəyişmək TƏKLİFİ
25.01.2023 - 12:06
"Mançester Siti"dən portuqaliyalıları dəyişmək TƏKLİFİ

İngiltərənin "Mançester Siti" klubu İtaliya "Milan"ına portuqaliyalı futbolçularını dəyişdirməyi təklif edib.

Apasport.az saytı xəbər verir ki, “şəhərlilər” yay transferi zamanı vinger Rafael Leaunu rənglərinə bağlamaqda maraqlıdır.

Onlar bu transfer qarşılığında isə müdafiəçiləri Joao Kanselo “Milan”a təklif ediblər. 

Qeyd edək ki, Leaonun "Milan"la müqaviləsi 2024-cü ildə başa çatır. Futbolçu yeni razılaşma imzalamasa, "rossonerlər" onu yayda satmalı olacaqlar. Son vaxtlar az oynamasından şikayətlənən Kanselo isə mövsümün sonunda ingilis klubunu tərk etmək istəyir.

writer photo
Əlirza Əlirzalı
0