"Mançester Siti"nin idman direktoru 12 il sonra klubdan ayrılır
09.10.2024 - 09:35
"Mançester Siti"nin idman direktoru 12 il sonra klubdan ayrılır

"Mançester Siti"nin idman direktoru Çiki Beqiristayn gələcəyi ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, bu barədə "The Atletic" nəşri məlumat yayıb.

İspan funksioner mövsümün sonunda Premyer Liqa klubunu tərk edəcək.

60 yaşlı klub rəsmisi öz istəyi ilə postunu tərk edəcək. Klub rəhbərliyi artıq onun ayrılıq istəyini qəbul edib.

Qeyd edək ki, Çiki Beqiristayn 2012-ci ilin oktyabr ayından "Mançester Siti"nin idman direktoru vəzifəsini icra edib. O, daha öncə "Barselona"da eyni postu tutub.

writer photo
Əlirza Əlirzalı
0