"Mançester Siti"nin keçmiş ulduzu Premyer Liqaya qayıda bilər
25.03.2024 - 14:21
"Mançester Siti"nin keçmiş ulduzu Premyer Liqaya qayıda bilər

"Bavariya"nın cinah oyunçusu Leroy Sane yayda klubunu tərk edə bilər. 

Apasport.az jurnalist Ekrem Konura istinadla xəbər verir ki,  28 yaşlı almanla İngiltərə Premyer Liqasının iki top-klubu “Mançester Yunayted” və “Arsenal” maraqlanır.

Qeyd edək ki, Sane daha əvvəl İngiltərədə çıxış edib - 2016-2020-ci illərdə cinah hücumçusu "Mançester Siti"nin şərəfini qoruyub.

Leroy Sanenin "Bavariya" ilə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. Nüfuzlu "Transfermarkt" portalı ulduz futbolçunun dəyərini 80 milyon avro olaraq qiymətləndirir.

 

writer photo
Əlirza Əlirzalı
0