“Mançester Yunayted” 60 milyona futbolçu alır
20.07.2023 - 15:19
“Mançester Yunayted” 60 milyona futbolçu alır

“Mançester Yunayted” Rasmus Hoylundun transferini reallaşdırmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu 20 yaşlı hücumçunun formasını geyindiyi “Atalanta” ilə danışıqların son mərhələsindədir.

İtaliyalılar onun üçün öncə 80 milyon funt sterlinq tələb edirdi. Mançesterlilər bu rəqəmi 60-a endirə bilib. Tərəflər bu məbləğə əlavə ediləcək bonuslarla bağlı müzakirələr aparır.

Qeyd edək ki, Premyer Liqa klubu Rasmusun özü ilə şəxsi müqaviləni razılaşdırıb.

writer photo
Əlirza Əlirzalı
0