“Mançester Yunayted” Mauntla gücləndi
29.06.2023 - 21:49
“Mançester Yunayted” Mauntla gücləndi

“Mançester Yunayted” Meyson Mauntun transferini həll edib.

Apasport.az saytı xəbər verir ki, “Çelsi” 55 milyon funta keçidə razılıq verib.

London klubu əlavə bonus şəklində 5 milyon əldə edəcək. İngiltərə yığmasının üzvü 5 illik müqaviləyə imza atacaq. Müqavilədə bir illik davametmə maddəsi yer alıb. Maunt növbəti həftə tibbi müayinədən keçəcək.

Qeyd edək ki, 2022/23 mövsümündə 24 oyunda 3 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0