"Mançester Yunayted" Ronaldo ilə yollarını ayırdığını açıqladı
22.11.2022 - 21:52
"Mançester Yunayted" Ronaldo ilə yollarını ayırdığını açıqladı

"Mançester Yunayted" portuqaliyalı futbolçusu Kriştiano Ronaldo ilə yollarını ayırıb.

Apasport.az klubun saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

"Qırmızı şeytanlar" xidmətlərinə görə 37 yaşlı forvarda təşəkkürünü bildirib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, son günlər "mankunianlar"ı sərt tənqid etdiyinə görə gündəmdə olan Kriştiano Ronaldo "Mançester Yunayted"in heyətində 346 oyunda 145 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0