“Mançester Yunayted”də iki vida
21.06.2022 - 14:22
“Mançester Yunayted” iki futbolçusu ilə vidalaşacaq.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi müdafiəçilər Aaron Van-Bissaka və Brendon Uilyamsa özünə komanda axtarmağı tapşırıb.
24 yaşlı Van-Bissaka 2019-cu ildə “Kristal Pelas”dan transfer olunub. 55 milyon avro ödənilən futbolçu keçirdiyi 126 matçda 2 qol vurub. Onun anlaşması 2024-cü ilin yayında başa çatacaq.
21 yaşlı Uilyams klubun öz yetirməsidir. Ötən mövsüm “Norviç”də icarədə olan müdafiəçinin müqaviləsi 2024-cü ilə qədərdir.
0
0