“Mançester Yunayted”də narazılıq dalğası
03.11.2023 - 10:22
“Mançester Yunayted”də narazılıq dalğası

"Mançester Yunayted"in futbolçularının komandanın baş məşqçisi Erik Ten Haqın iş üsullarından narazılığı artıb.

Apasport.az xəbər verir ki, oyunçular artıq bir-birindən də narazılıq nümayiş etdirməyə başlayıblar. 

Komandanın bəzi futbolçuları hesab edirlər ki, Ten Haq açıq olmasa da, üstüortülü şəkildə ayrı-seçkilik edir. O, digərlərini tənqid edərkən, bəzi futbolçuları müdafiəsindən də çəkinmir.

Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasında 15 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0