"Mançester Yunayted"dən Diallo qərarı
12.12.2023 - 21:38
"Mançester Yunayted"dən Diallo qərarı

"Mançester Yunayted"in futbolçusu Amad Diallo ilə bağlı qərarı bəlli olub.

Apasport.az xəbər verir ki, İngiltərə klubu 21 yaşlı cinah oyunçusunu satmaq niyyətində deyil.

Premyer Liqa təmsilçisi gənc futbolçuya daha bir şans verəcək. Diallo özünü baş məşqçisi Erik ten Haqa göstərmək imkanı qazanacaq. Zədədən sağalmaq üçün beş ay vaxt sərf edən Amad bu imkandan yararlanmağa çalışacaq.

Qeyd edək ki, Amad özünü göstərə bilsə, onunla müqavilənin yenilənəcəyi gözlənilir.
 

writer photo
Əlirza Əlirzalı
0