“Mançester Yunayted”in baş məşqçi planı
27.08.2023 - 18:05
“Mançester Yunayted” baş məşqçi Erik Ten Haqa yeni müqavilə təklif edəcək.
Apasport.az saytı xəbər verir ki, klubun sahiblərinin dəyişməsi də bu qərara təsir etməyəcək.
Hollandiyalı mütəxəssislə hazırki müqavilənin müddəti 2024/25 mövsümünün sonunda başa çatacaq. Ten Haqla yeni razılaşma 2027-ci il iyunun sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, “Mançester Yunayted” 2023/24 mövsümünə yaxşı başlayıb. Komanda üç oyunda 6 xal toplayıb.
0
0