"Mançester Yunayted"in futbolçusu üçün mövsüm başa çatdı - FOTO
13.01.2023 - 23:48
"Mançester Yunayted"in futbolçusu üçün mövsüm başa çatdı - FOTO

"Mançester Yunayted"in futbolçusu Doni van de Beek üçün mövsüm erkən başa çatıb.

Apasport.az xəbər verir ki, 25 yaşlı niderlandlı mərkəz yarımmüdafiəçisi üçün dizindəki zədə üzündən əməliyyat olunub. Onun mövsümün qalan oyunlarında meydana çıxmayacağı müəyyənləşib.

Qeyd edək ki, Doni van de Beek yanvarın 4-də keçirilmiş "Bornmut"la Premyer Liqa matçında (3:0) zədələnib. Start heyətdə meydana çıxan futbolçu 45+2-ci dəqiqədə argentinalı Alexandro Qarnaço ilə əvəzlənib.

writer photo
Əlirza Əlirzalı
0