Mançinin yerinə Spalletti
15.08.2023 - 01:49
Mançinin yerinə Spalletti

Luçano Spalletti futbol üzrə İtaliya yığmasına baş məşqçi təyin oluna bilər.

Apasport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu vəzifəyə əsas namizəddir.

İtaliya Futbol Federesiyası Roberto Mançinidən boşalan baş məşqçi vəzifəyə Spallettini təyin edəcək. Artıq tərəflər arasında razılaşma əldə olunub. Don Luçano ilə illik 3 milyon avrodan 2026-ci ilədək müqavilə imzalanacaq.

Qeyd edək ki, Spallettinin son iş yeri “Napoli” olub. O, komandaya 33 ildən sonra İtaliya çempionu qazandıqdan sonra may ayında istefa vermişdi.
 

writer photo
Əlirza Əlirzalı
0