Mane zədələndi
09.11.2022 - 10:07
“Bavariya”nın futbolçusu Sadio Mane zədələnib.
Apasport.az saytının məlumatına görə, Seneqal millisinin hücumçusu DÇ-2022-nin startına iki həftə qalmış xoşagəlməz durumla üzləşib.
30 yaşlı futbolçu “Verder”lə qarşılaşmada (6:1) xəsarət alıb. O, Bundesliqanın XIV turunun görüşünün 15-ci dəqiqəsində dizini tutaraq yerə oturub. Mane matçı davam etdirməyə çalışsa da, 20-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, onun heyətində olduğu Seneqal millisi mundialın A qrupunda Qətər, Niderland və Ekvadorla mübarizə aparacaq.
- Portuqaliya penaltilərdə qalib gələrək 1/4 finala yüksəldi - YENİLƏNİB
- Gimnastımız Avropa çempionatında gümüş medal qazanıb
- “Sabah”ın baş məşqçisi: “Qarabağ” böyük olmayan pullara çox keyfiyyətli oyunçular alır”
- Arda Gülər “Real”a qələbə qazandırdı - YENİLƏNİB
- Yamalın təzminat dəyəri 1 milyard avro olacaq
0
0