Markinyos zədələndi
22.11.2023 - 16:31
Markinyos zədələndi

Braziliya millisinin və PSJ-nin futbolçusu Markinyos zədələnib.

Apasport.az xəbər verir ki, təcrübəli müdafiəçi DÇ-2026-nın Argentina ilə seçmə oyununda xəsarət alıb.

Onun durumuna təkrar müayinələrdən sonra tam aydınlıq gələcək. Markinyos Liqa1-in “Monako” ilə qarşıdakı matçını buraxacaq. Onun Çempionlar Liqasının “Nyukasl”la qarşılaşmadakı iştirakı isə sual altındadır.

Qeyd edək ki, Braziliya Argentina ilə ev oyununda 0:1 hesabı ilə uduzub.

writer photo
Əlirza Əlirzalı
0