“Marsel”in yarımmüdafiəçisi İtaliya klubunda
19.08.2023 - 15:53
“Marsel”in yarımmüdafiəçisi İtaliya klubunda

“Cenoa” heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.

Ruslan Malinovski Genuya təmsilçisinin uğurları üçün çalışacaq. Ukraynalı yarımmüdafiəçi icarəyə götürülüb. O, “Marsel”dən yeni klubuna keçib.

Qeyd edək ki, icarə müqaviləsində “Cenoa”nın oyunçunu sonradan transfer etmək hüququ da yer alıb.
 

writer photo
Əlirza Əlirzalı
0