Martın ən yaxşısı "Atletiko"nun futbolçusu oldu
30.03.2023 - 22:48
Martın ən yaxşısı "Atletiko"nun futbolçusu oldu

La Liqada mart ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bu, "Atletiko"nun hücumçusu Antuan Qrizmann olub. 

Ötən ay 32 yaşlı fransalı futbolçu İspaniya çempionatının 3 oyununda 2 qol vurub və 1 qolun ötürməsini verib. Ümumilikdə Antuan Qrizmann bu mövsüm La Liqada 26 oyunda 9 qol vurub və 9 qol ötürməsi edib.

writer photo
Əlirza Əlirzalı
0