Matteus: "Ya Kimmix, ya Gündoğan"
20.11.2023 - 01:18
Matteus: "Ya Kimmix, ya Gündoğan"

"Bavariya" və Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus hesab edir ki, İlkay Gündoğan və Coşua Kimmixin eyni vaxtda meydanda olması yığma üçün zərərlidir.

Apasport.az xəbər verir ki, “Bild”ə danışan veteran futbolçu adıçəkilən futbolçulardan yalnız birinin meydanda olmasının uğurlu ola biləcəyini deyib:

"Dünya çempionatında gördük ki, Gündoğan və Kimmix birlikdə “altı nömrə” mövqeyində oynaya bilmir. Çünki onlar çox oxşardırlar. Bəli, hər ikisi dünya səviyyəli futbolçulardır. Lakin bu qədər yaxın olanda bir-birinə mane olurlar. Düşünürəm ki, onlardan biri Paskal Qros və ya Leon Qoretska ilə tandemdə olmalıdır".

Xatırladaq ki, noyabrın 18-də Almaniya millisi yoldaşlıq görüşündə Türkiyə millisinə 2:3 hesabı ilə uduzmuşdu.

writer photo
Əlirza Əlirzalı
0