“Maynts” Fələstinlə bağlı paylaşıma görə cəza kəsdi
17.10.2023 - 23:16
“Maynts” Fələstinlə bağlı paylaşıma görə cəza kəsdi

“Maynts” mərakeşəsilli Ənvər Əl-Qazini siyası baxışlarına görə heyətdən uzaqlaşdırıb.

Apasport.az saytı xəbər verir ki, o, sosial şəbəkədə Fələstinə dəstək paylaşımı edib.

28 yaşlı futbolçu az sonra paylaşımı silsə də, klub rəhbərliyinin qəzəbindən qurtula bilməyib. “Maynts”dan verilən açıqlamada Əl-Qazi ilə bağlı qərar çıxarılmazdan əvvəl tərəflərin məsələni müzakirə etdiyi bildirilib. Klub uzun illərdir Yaxın Şərqdə davam edən münaqişə barədə sosial şəbəkələrdə paylaşım edilməsinə qarşı çıxıb.
 

writer photo
Əlirza Əlirzalı
0