Mbappe Messinin rekordunu qırdı
07.09.2022 - 11:43
Kilian Mbappe yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, fransalı hücumçu Çempionlar Liqasında 35-ci qolunu ən tez vuran futbolçu olub.
PSJ-nin ulduzu 23 yaş 260 günlüyündə “35”ə çatıb. O, bunu I turun “Yuventus”la görüşündəki dublla gerçəkləşdirib.
Mbappe 35-ci qolunu 23 yaş 307 günlüyündə vuran Lionel Messinin rekordunu geridə qoyub. Raul (25 yaş 82 gün), Kərim Benzema (26 yaş 69 gün), Tomas Müller (26 yaş 185 gün) və Kriştiano Ronaldo (27 yaş 59 gün) ilk “altılıq”da qərarlaşıb.
Qeyd edək ki, PSJ “Yuventus”a 2:1 hesabı ilə qalib gəlib.
0
0