Mbappe "Real"la müqavilə imzaladı
05.04.2024 - 12:24
Mbappe "Real"la müqavilə imzaladı

Ulduz hücumçu Kilian Mbappe ilə "Real" arasında müqavilə imzalanıb. 

Apasport.az “Marca” qəzetinə istinadən xəbər verir ki, tərəflər bütün sənədləşmə işlərini 2024-cü ilin fevral ayının ilk həftəsində tamamlayıb. Müqavilə 5 il müddətinə qüvvədədir.

Cari mövsümün sonuna kimi 25 yaşlı fransalı PSJ-də çıxış edəcək. Daha sonra hücumçu azad agent kimi “kral klubu”nun sıralarına qoşulacaq. 

Keçidin AVRO-2024-ün oyunlarından əvvəl rəsmən açıqlanacağı bildirilib.

Qeyd edək ki, bu mövsüm Mbappe 39 matçda iştirak edib, 39 qol vurub və 8 məhsuldar ötürmə edib. Paris nəhəngləri ilə birlikdə hücumçu 13 kubok qazanıb.

writer photo
Əlirza Əlirzalı
0