Mbappe və izləyiciləri - SİYAHI
03.10.2022 - 12:38
Mbappe və izləyiciləri - SİYAHI

İlin ən yaxşı bombardirləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İFFHS başa çatan 9 ay ərzində bütün yarışlarda ən çox qol vuranların cədvəlini tərtib edib.

Siyahının lideri Kilian Mbappedir. O, yığma və klubda 38 qol vurub. Ümumilikdə isə yalnız 7 futbolçu 30 və ya daha çox qola sevinib. 

1. Kilian Mbappe (Fransa, PSJ) - 38
2. Herman Kano (Argentina, “Fluminense”) – 34
3. Erlinq Haland (Norveç, “Mançester Siti”) – 33
4. Robert Levandovski (Polşa, “Bavariya”/“Barselona”) – 33
5. Berqson (Braziliya, “Yohor”) – 32
6. Rikardo Qomes (Kabo-Verde, “Partizan”) - 30
7. Boris Kopitoviç (Monteneqro, “Tampines”) - 30

writer photo
Əlirza Əlirzalı
0